Müğənni İradə İbrahimova Türkiyənin TRT 1 telekanalında yayımlanan “Sen türkülerini söyle” mahnı yarışmasına narazılığını bildirib.
Yenicag.az xəbər verir ki, buna səbəb isə sənətçinin illər əvvəl ifa etdiyi, sözləri İsmayıl Dadaşova, musiqisi Vaqif Gərayzadəyə aid olan “Neyləyək alınmadı” mahnısının anonim kimi təqdim edilməsi olub.
İ.İbrahimova bunun haqsızlıq olduğunu və növbəti verilişlərdə bunun düzələcəyinə ümid etdiyini bildirib.
Verilişin münsiflərindən olan Emre Yücelen isə bunun yanlışlıqla olduğunu və məsələ barədə lazımi şəxslərə məlumat verildiyini bildirib. O, proqramdakı həmin hissənin düzəldilərək yenidən yayımlanacağına söz verib.
Qeyd edək ki, sözügedən mahnı Türkiyədə çox məşhurdur. Bəstə aktyorlar Cem Yılmaz və Zafer Algözün rol aldığı “Ali baba və 7 cücələr” filmində də səsləndirib.