İradədən həyat yoldaşı ilə bağlı ROMANTİK PAYLAŞIM: Müğənni nələri etiraf etdi? – FOTOLAR

Müğənni İradə İbrahimova evliliklərinin 15-ci ildönümündə həyat yoldaşı ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, sənətçi “İnstagram” hesabında ömür-gün yoldaşı Ceyhun İzerlə səmimi fotosunu paylaşaraq, onunla bağlı etiraflar edib:

“Artıq 15 ildir həyata bərabər tamaşa edirik. Almanın iki yarısı-zad deyilik, hətta deyərdim ki, almayla armud kimi çox fərqliyik. Ən çox danışan mən, ən çox susan isə odur. Küsən tərəf mən, barışansa o. İnadından dönməyən mən, inadlaşmağı gərək bilməynə o. Mən kommunist, o isə kapitalist cəmiyyət və sistemində doğulub böyümüşük. Əlqərəz gördüyünüz kimi, duzla buz, ağla qara kimiyik. Neçə bərabər illərə, cavan oğlan”.

Fotoları təqdim edirik:

Nehru

COP29