!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran ABŞ-a məxsus 2 PUA-nı ələ keçirdi

!Reklam – Yazi

İran Ərəbistan dənizində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd PUA-nı ələ keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, İran ordusu ölkənin cənub-şərqində, Sistan-Bəlucistan əyalətinin Mekran çimərliklərində keçirdiyi “Zülfüqar 1400” adlı təlimlər zamanı İranın hava hücumundan müdafiə zonasına daxil olan ABŞ-a məxsus 2 ədəd RQ4 və MQ-9 tipli PUA-nı ələ keçirib.

İran bu barədə dərhal ABŞ-a xəbərdarlıq edib.

İddialara görə, ABŞ PUA-ları İran ordusunun keçirdiyi təlimlə bağlı məlumat toplamaq üçün bölgəyə göndərilib.

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv