Rəsmi Tehran ABŞ-a etiraz notası göndərib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo və Donald Trampın İran üzrə nümayəndəsi Brayan Huk İrandakı etirazlar və iğtişaşları dəstəklədiklərini bildiriblər. Buna görə də, ABŞ-ın İranda mənafeyini qoruyan İsveçrə səfiri bu gün İran XİN-ə çağırılıb və Amerikanın İranın daxili işlərinə müdaxiləsinə dair etiraz notası ona təqdim olunub.
Qeyd edək ki, ABŞ səfirliyi 1979-cu ildən İranda fəaliyyət göstərmir.