İran ABŞ ilə nüvə dialoqunun şərtlərini açıqladı

media-hightechnic-468x90

İran nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlara hazırdır, lakin qarşılıqlı faydalı olması şərti ilə.

Yenicag.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi deyib.

“Əgər onlar yanaşmalarını dəyişib ədalətli və qarşılıqlı faydalı danışıqlara hazır olsalar, biz də hazır olarıq. Lakin danışıqlar diktə deyil. O vaxta qədər onların real, ciddi danışıqlara hazır olub-olmadığından əmin deyilik”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, İran diplomatiyaya açıqdır, amma yalnız “ədalətli və balanslı” nəticəni təmin edən şərtlərlə.

“Bu ABŞ-dən asılıdır”, – deyə A.Araqçi vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa