İran Aİ və Britaniyanın sanksiyalarına qarşılıq verəcək

İran Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın sanksiyalarına qarşılıq verəcəyini açıqlayıb.

Yenicag.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlama verib.

Aİ və Britaniyanın sanksiya qərarını qınadıqlarını bəyan edən Kənani: “İran bu cür uğursuz siyasətə qarşılıq vermə haqqını özündə saxlayır. Yaxın zamanda Avropa İttifaqı və İngiltərədəki terror dəstəkçilərinə qarşı yeni sanksiya siyahısını elan edəcək”, – deyə qeyd edib.

Qeyd edək ki, Aİ və Britaniya İrandakı etiraz aksiyaları fonunda insanların edam edilməsilə bağlı çox sayda iranlı və quruma sanksiya tətbiq edib.