İran ABŞ-ın Tehrana qarşı sanksiyalarının təsirini azaltmaq üçün xüsusi maliyyə mexanizminin yaradılmasında yubanmaya görə Avropa İttifaqını (Aİ) tənqid edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimi çıxışı zamanı bildirib.
“Biz İran dövləti olaraq, xüsusi maliyyə mexanizminin (“SVP”) yaradılmamasında Avropanı cavabdeh bilirik” – deyə Qasimi qeyd edib.
Qasimi həmçinin, sözügedən sanksiyalar və xüsusi maliyyə mexanizmi barədə düşünməlidir:
“Bizim Avropa ilə müqaviləmiz var. İran tərəfi həmin müqaviləyə həmişə tam şəkildə riayyət edib. Lakin artıq səbrimiz tükənməkdədir. Avropa Birliyi özü də Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.