İran-Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu

Noyabrın 18-də yerli vaxtla saat 12:41-də İran-Azərbaycan-Ermənistan sərhəd zolağında, Əhər şəhərindən 65 km şimal-qərbdə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Zəlzələ 3,8 bal gücündə olub və 10 km dərinlikdə yerləşib.

Episentral zonada yeraltı təkanların gücü 5 bal olub.

Zəlzələ Ermənistanın Azərbaycanla sərhədyanı ərazilərində 3 bal gücündə hiss olunub./unikal

COP29