!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İran-Azərbaycan gərginliyinin yeni mərhələsi: "Artıq belə bir şey mümkün deyil" - ŞƏRH

!Reklam – Yazi

“Cümhuriyyət qurulanda da İran Azərbaycana qarşı açıq sürətdə münasibətini ortaya qoymuşdu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra isə üzdə dost kimi davranıb, arxada isə müstəqilliyimizi itirməyimiz üçün hər addımı atıb”.

Bunu İranla Azərbaycan arasındakı gərginliyin yeni mərhələsi və iki ölkənin münasibətlərinin gələcəyi haqında danışan sabiq millət vəkili, politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, İran həm 1918-ci ildə, həm də 1991-ci ildə Azərbaycan müstəqil olanda bunu həzm etməyib:

“İran Azərbaycan müstəqilliyini əldə edəndən bu günə kimi, hətta 1918-ci ildə Cümhuriyyət yarananda belə bizə qarşı münasibətləri birmənalı olmayıb. Cümhuriyyət qurulanda İran Azərbaycana açıq sürətdə münasibətini ortaya qoymuşdu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra isə üzdə dost kimi davranıb, arxada isə müstəqilliyimizi itirməyimiz üçün hər addımı atıb.

İran Azərbaycana qarşı reqlament xarakter daşıyan bəyanatlar verir. 90-ci illərin əvvəlində prezident səlahiyyətilərini icra edən Yaqubovun rəhbərliyi altında İrana nümayəndə heyəti getdi, Şuşa şəhəri iş]al olundu. İran həmişə Azərbaycanın müstəqilliyinə qarşı addımlar atıb. 44 günlük müharibə ərəfəsində İran xarici işlər naziri səviyyəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması yönündə təkliflər verildi. Əlbəttə ki, Azərbaycan İranın təkliflərini qəbul etmədi.

44 günlük müharibədən Azərbaycan qalib çıxdıqdan sonra Azərbaycan 3+3 formatını təklif etdi. Ermənistan buna razılıq verdi. Sonra İran Azərbaycana qarşı təhdidlər yağdırmağa başladı. İrandan Ermənistana maddi və enerji daşıyıcıları ilə bağlı yardımlar edildi. İranın addımları Azərbaycanın səbr kasasının daşmasına gətirib çıxardı.

Bu gündən sonra İranın atacağı hansısa addımlarının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan bundan sonra İrandakı soydaşlarının taleyinə biganə qalmayacaq. Nə 1941-ci, nə də 1945-ci ildir ki, ora girib soydaşlarımızı qırsınlar. Sovetlər zamanı rus ordusu İrana girdi və orada qırılanlar azərbaycanlılar oldu. Mikoyan, Stalin, Beriyanın qurbanı azərbaycanlılar olmuşdu. Artıq belə bir şey mümkün deyil. Bütün dünyada yaşayan azərbaycanlıların müstəqil dövləti Azərbaycan var. Onların paytaxtı Bakı şəhəridir. Gələcək paytaxtımız da Təbriz olacaq.

İllər öncə ABŞ dövlət departamenti İranda yaşayan azərbaycanlıların hüquqları barədə bəyanat vermişdi. ABŞ hətta cənubla şimalın birləşməyinin labüdlüyünü qeyd etmişdi”.

Səxavət Məmməd

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv