“Bu görüş olduqca əhəmiyyətli xarakterə sahib idi”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisinin görüşünü şərh edən politoloq Əlabbas Məhərrəmli deyib.
Onun sözlərinə görə, görüşdə hər iki dövlət başçısının səsləndirdiyi bəyanatlardan sərin munasibətlərin istiləşməyə başladığı hiss olunurdu:
“Belə ki, həm Rəisinin, həm də Prezident İlham Əliyevin görüşdən məmnun qalması bunu deməyə əsas verir. Nəticə etibarilə proseslər İranla Azərbaycan arasında vəziyyətin normallaşmağa başladığını göstərir.
Lakin bu gün Rəisinin qəzada həlak olması ilə bağlı xəbər eşitdik. Baş verənlər həm region, həm də dünya üçün çox ciddi hadisədir. Qonşu ölkə olaraq hazırkı vəziyyətlə əlaqədar Prezident İlham Əliyev Azərbaycanın İrana lazımi dəstəyi göstərəcəyini bildirib”.
Nəsimi Ələsgərli