!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-Azərbaycan sərhədində erməni izi - Hərbi ekspert baş verənləri şərh edib

!Reklam – Yazi

Son günlər İran-Azərbaycan sərhəddində ikinci insident baş verib.

Mart ayının 10-da Füzuli rayonu istiqamətində bir qrup şəxs İran-Azərbaycan sərhədini pozmağa cəhd edərkən atışma baş verib. Nəticədə bir əsgərimiz şəhid olub, digəri isə yaralanıb. Bu gün İran-Azərbaycan sərhədində yenidən insident baş verib. Bu dəfə isə sərhəd pozucularından biri öldürülüb.

Ekspertlər son zamanlar İran-Azərbaycan münasibətlərinin fonunda baş verənlərin təxribat ola biləcəyini iddia edirlər. Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl saytımıza açıqlamasında hətta iki ölkə münasibətlərini daha da gərginləşdirmək istəyən üçüncü gücün də bu işdə əli ola biləcəyini bildirib.

Hərbi ekspert Tərlan Eyvazov İran-Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı Yenicag.az-a açıqlama verib.

O bildirib ki, Paşinyanın İrana səfərindən və məlum özçəkimindən sonra rəsmi Tehranla Bakı arasında soyuqluq yaranıb:

“İran-Azərbaycan münasibətlərinin soyuqlaşdığı bir zamanda münasibətlərə aydınlıq gətirilməsi üçün Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Tehrana səfər edib. Məhz bu məqamda, Füzuli rayonunda, Ermənistan-Azərbaycan ordularının təmas xəttinə yaxın istiqamətdə təxribat törədildi və Azərbaycan əsgəri şəhid oldu, biri isə yaralandı. Bundan əvvəl də bildirmişdim ki, Paşinyanın bu səfəri məxsusi olaraq Azərbaycan-İran arasında soyuqluğun yaranması və İran daxilində olan soydaşlarımızın qızışdırılaraq İran dövlətinə qarşı çıxmasına hesablanmışdı. İlk məqamda bunun işartıları görünməkdədir. Azərbaycan tərəfinin soyuqqanlı davranışı, İran tərəfinin bu məsələdə maraqlı olmaması münasibətləri yoluna qoymaqdadır. İranla Azərbaycan arasında istər tarixi, istər milli, istərsə də dini yaxınlıq var. Hətta hökumətlər münasibətləri pisləşdirsə də, bunu münaqişəyə çevirmək qeyri-mümkündür. Ermənistanla İran arasındakı münasibətlərdən fərqli olaraq Azərbaycanla İran arasında çox böyük biznes, nəqliyyat layihələri həyata keçirilir. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi Hind okeanı sahilindən Avropaya nəqliyyat layihəsi üçün şərait və kreditlər ayırıb. Ermənistan isə əlin açaraq İrandan mədət umur”.

Tərlan Eyvazov iddia edib ki, İran-Azərbaycan sərhədində baş verən təxribatların arxasında Ermənistan xüsusi xidmət orqanları dayanıb:

“İndiki məqamda İran Azərbaycanla heç cür münasibətləri korlamaq istəməz. Bu işin arxasında ancaq erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslər dura bilər. Burada Rusiya faktorunun olması da görünmür. Çünki Rusiya İranın sabit qalmasında maraqlıdır. İranla Ermənistan bir-birini rəsmən tanıdığı üçün hər ikisi arasında sərhəd xidməti keşik çəkir. Ancaq işğal olunmuş torpaqlarımızla İran arasında sərhəd xidməti keşik çəkmir. O ərazidə sadəcə olaraq post patrul xidməti aparılır ki, bu, sərhədin qorunmaması anlamına gəlir. Çox güman ki, Azərbaycan işğal altındakı İranla sərhəd ərazilərindən Ermənistan xüsusi xidmət orqanlarının diversantları sızaraq bu addımı atıb. Bu isə İran-Azərbaycan arasında gərginlik çıxarmağa bəhanədir”.

İran prezidenti Həsən Ruhaninin çıxışında ərazi iddialarına gəldikdə isə hərbi ekspert qeyd edib ki, burada təkcə Azərbaycan nəzərdə tutulmayıb:

“Rus-İran müharibələri zamanı nəinki indiki Azərbaycan, İrəvan xanlığının ərazisi, Gürcüstan ərazisi də indiki İranın təsir dairəsində idi. Təbii ki, Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra bu təsir zəiflədi. Şimali Azərbaycan ərazisində olan xanlıqlar yarımmüstəqillikdən tam müstəqilliyə getdilər. Məhz ona görə də, istər İrəvan, istər Naxçıvan, istərsə də Quba xanlığı rus istilasına qarşı döyüşdü. Ancaq qüvvələr qeyri-bərabər olduğu üçün məğlub oldular və sülh müqaviləsi bağlamağa razılaşdılar. Həmin vaxtda İran dövlətinin zəif olması, bu torpaqlarda öz nüfuzunu itirməsinə gətirib çıxardı. Bundan sonra isə İranın belə bir həvəsə düşməsi intihara bərabər olar. Şimallı cənublu azərbaycan birləşsə, o ölkənin adı İran yox, Azərbaycan olacaq”.

Sonda Tərlan Eyvazov bildirib ki, Ermənistan xristian dünyasına müsəlman ölkələrinin əhatəsində olduğunu dair car çəkir, ancaq özü İran hesabına ayaqda qalıb.

Səxavət Məmməd

www.yenicag.az

3934
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv