Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İran Azərbaycana nota verdi - AÇIQLAMA

Reklam: High Technic

İran Xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlının Azad İran Beynəlxalq Konfransındakı çıxışına görə Azərbaycana nota ünvanlayıb.

Bu barədə Yenicag.az-a Sabir Rüstəmxanlı məlumat verib.

Millət vəkili sözügedən tədbirdə çıxış etməsinin İran hakimiyyətində etirazla qarşılandığını bildirib:

“İranda son prezident seçkilərinə həsr olunmuş bu konfransı İran Xalq Mücahidləri təşkilatı keçirirdi və 50 mindən çox qatılımçısı var idi. Bir yandan İran Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib, mənim İran hakimiyyətinin düşməni olan Xalq Mücahidlərinin yığıncağında iştirakıma və çıxışıma etirazını bildirir; bunu İranın daxili işlərinə qarışmaq hesab edir. Başqa bir yandan da İsveçdə yaşayan köhnə tanışımız Eldar Qaradağlının İranın Xarici İşlər nazirliyi ilə sinxron səslənən və təxminən eyni mövqedən tazılmış statusu yayılır”.

Sabir Rüstəmxanlı çıxışının əsas hissəsinin Güney Azərbaycanla bağlı olduğunu qeyd edib:

“Çıxışımın əsas hissəsi Güney Azərbaycan və İran xalqlarının taleyi ilə bağlı olub, normal, demokratik bir sistemin qurulması üçün orada bütün xalqların birgə mübarizəsinin vacibliyini və ayrıca Azərbaycan türklərinin bu baxımdan əsas söz sahibi olduğunu qeyd etmişəm. Telefonla görüntülü danışığın farscaya necə çevildiyini, hansı sözümün verilib, hansının ixtisar edildiyini bilmirəm, lakin azərbaycanca mətn qısaldılsa da, yenə dediklərimi təsdiq edir”.

Millət vəkili Azərbaycanın qonşu dövlətin daxili işlərinə qarışmadığını, lakin İranın hər zaman xalqımızın haqlarını görməzdən gəldiyini vurğulayıb:

“Nəhayət onu da deyim ki, biz həmişə İranla xoş qonşuluq münasibətlərinin tərəfdarı olmuşuq. Azərbaycan dövlətinin rəsmi siyasəti İranın daxili işlərinə qarışmamaqdır. Lakin İran həmişə Azərbaycan xalqının və dövlətinin haqlarını görməzdən gəlib, bizə “şiə qardaş” deyə-deyə xristian erməniyə yardım edib, çünki İranda şiəlik, islam fars-şovinist reşiminin siyasi alətindən başqa bir şey deyildir. İran işğalçı Ermənistana 30 il hər cəhətdən dayaq duranda, ona nəfəs verəndə, işğal olunmuş kəndlərimizi bir yerdə yağmalayanda, işğalçıya qardaş deyəndə, onu Tehranda türkə qarşı yürüşlərə çıxaranda bizim daxili işlərimizə qarışmırdımı? Müharibə günlərində öz ərazisindən silah daşınmasına icazə vermək bizim daxili işimizə qarışmaq demək deyil? “Səhər” televiziya kanalında, “Qafqaz” saytında bizi aşağalamaq , haqqımızda böhtanlar yazdırmaq bizim daxili işlərimizə qarışmaq deyil?”

www.yenicag.az

15818
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100