!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İran Azərbaycanda təşkilatlanıb, bir çox qurumlara sızıb" - Partiya başqanından ŞOK İDDİALAR

!Reklam – Yazi

“İran təhlükəsizlik orqanlarında güclənməklə Azərbaycan hakimiyyətinə istənilən vaxt təzyiq etmə imkanını əldə etmək istəyir”.

Bu fikirləri İranın son zamanlar Azərbaycana qarşı sərgilədiyi düşmən mövqe və ölkəmizdə fəaliyyət göstərən fars şəbəkələri haqqında danışarkən Turan Partiyasının başqanı Cahandar Bayoğlu Yenicag.az-a açıqlamasında deyib.

Cahandar Bayoğlu İran agentlərinin Azərbaycanın başda güc strukturları olmaqla müxtəlif dövlət qurumlarına sızdıqlarını qeyd edib:

“Dəfələrlə bildirmişəm ki, İran Azərbaycan Respubikasının varlığını özünə təhdid sayır. Bu, 1999-cu il İran Təhlükəsizlik Şurasının təhlükəsizlik konsepsiyasında təsbit olunmuş bir maddədir. Özünə təhdid sayırsa, deməli, Azərbaycanı aradan götürməlidir. Bunun da Azərbaycanda olan öz əlaltıları vasitəsilə iğtişaşlar törətmək, vətəndaş müharibəsi yaratmaq kimi yolları var. Digər tərəfdən, Rusiya ilə birləşərək Azərbaycanın varlığını sonlandırmaq. Bunlar baş vermədiyi halda, paniranist siyasətini həyata keçirərək Azərbaycanı Arran adlandırıb öz tərkibinə qatmaq planı da var. İran bu istiqamətdə bir çox işlər də görüb. Azərbaycanda örgütlənib, bir çox təşkilatlara sızıb. İranın Azərbaycandakı səfirliyində 3 minə yaxın maaşlı əməkdaşı var. Onların hamısı İrandan gəlməyib. Böyük əksəriyyəti azərbaycanlılardır.

Eyni zamanda, İran Mədəniyyət Mərkəzi var. Xameneyinin nümayəndəsi Ocaq Necat oranın rəhbəridir. Necat, həmçinin “İmdad” Xeyriyyə Cəmiyyətinin sədridir. Bu onların rəsmi fəaliyyətləridir. Bu üç qurum Azərbaycanda 15 minə yaxın çətəni idarə edir. Bunların sektası ilə Azərbaycanın bütün dini qurumları əməkdaşlıq edir. Bunlar Elmlər Akademiyasında, televiziyalarda, təhlükəsizlik strukturlarında, orduda, Daxili İşlər Nazirliyində, prokurorluq orqanlarında rüşvət verməklə öz adamlarını vəzifəyə gətirmək siyasətini davamlı hədəf götürüblər”.

Partiya başqanı İranın sözügedən siyasəti həyata keçirmək üçün milyardlarla dollar xərclədiyini bildirib:

“Məndə olan məlumata görə, İran Azərbaycanda ekspansiya siyasətini həyata keçirmək üçün 1990-cı ildə ilə 150 milyon dollar pul ayırmışdısa, bu, son on il ərzində bir milyard dolları ötüb. Bu ayrılan vəsait agent şəbəkələrinin maddi təminatından başqa vəzifələrə təyinat üçün sərf edilir.

Bax beləcə təhlükəsizlik orqanlarında güclənməklə Azərbaycan hakimiyyətinə istənilən vaxt təzyiq etmə imkanını əldə etmək istəyirlər.

İran artıq ölkəmizdə şəbəkələşib”.

Cahandar Bayoğlu daxildəki fars şəbəkələrinə qarşı mübarizə apararaq onları ifşa etməyin hər kəsin vətəndaş borcu olduğunu vurğulayıb:

“İranda türk hakimiyyətini ələ keçirən fars-şovinist çətəsi bölgədə türklüyə qarşı savaş açıb. Bu gün Azərbaycan-Türkiyə birliyi İranın maraqlarına tamamilə ziddir. Bu qorxu fars-şovinist çətəsini qorxudub. Güc nümayiş etdirməklə sadaladığım qurumlardakı çətələri hərəkətə keçirərək iğtişaş yaratmaq niyyətindədirlər. Son zamanlarda, görürsünüz, sosial şəbəkələrdə hüseynçilər, zəhraçılar, nə bilim nələr cəmiyyətdə xof yaratmaqla məşğuldurlar.

Dövlətimiz bu barədə sayıq olmalıdır. Yəqin ki, artıq bu yöndə işlər aparılır. Başda Təzəpir Məscidini, Göy Məscidi işğal edən dini icmalar oradan çıxarılmalı, fəaliyyətləri araşdırılmalıdır.

Bir çox hacılar var ki, onların hamısı vətəndaş mövqeyi ortaya qoymalıdırlar. Onlar İran sevgisi bildirən başıpozuq qüvvələrə görk olsun deyə mövqe bildirməlidirlər”.

Aqil Bəkir

www.yenicag.az

1324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv