!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran Azərbaycanın müstəqilliyini, güclü olmasını istəmir”- İsrailli ekspert

!Reklam – Yazi

ermenisarkisyanBu gün İran prezidenti Həsən Ruhani Ermənistana səfər edib. Bir çox ekspertlər bu səfərin İsrail baş naziri Netanyahunun Azərbaycan səfərinə cavab kimi qiymətləndirib. Hətta erməni mətbuatı İsrail- Azərbaycan əməkdaşlığına qərəzli münasibət göstərərək, Ermənistanın nəinki İran, hətta Yaxın Şərqdəki terror təşkilatları ilə əlaqələr yaratmasının vacibliyini deyib.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan beynəlxalq münasibətlərlə bağlı ekspert Arye Qut deyib ki, İran prezidentinin Ermənistana səfəri bir daha İsrail-Azərbaycan əməkdaşlığının strateji bir reallıq olduğunu göstərir. Onun sözlərinə görə, İsrail-Azərbaycan əməkdaşlığı heç bir üçüncü ölkəyə yönəlməyib:
“İki ölkə arasında çox yaxşı siyasi dialoq, hərbi əməkdaşlıq və ən əsası insani əlaqələr mövcuddur.

İran prezidentinin Ermənistana səfəri bir daha onu göstərdi ki, Azərbaycanın dostu və düşməni kimdir. Bu gün İran dünyada özünü müsəlmanların təəssübkeşi kimi göstərir. Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmasına, 1 milyon insanın öz torpaqlarından didərgin düşməsinə baxmayaraq, İran Ermənistanla dostluq və əməkdaşlığını davam etdirir. Hətta iş o yerə çatıb ki, İran prezidenti səfər edir. Düzdür, səfər zamanı iqtisadi məsələlərin yer alacağı deyilsə də, hər kəsə bəllidir ki, siyasi dialoq olacaq. Son zamanlar erməni mətbuatında hərbi-texniki əməkdaşlıqdan da söz açılır. Bu da bir daha onu göstərir ki, İran Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə göz yumur. Halbuki, rəsmi Tehran Azərbaycan dövlətinin ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Dəstəkləyən tərəf heç bir zaman təcavüzkar ölkə ilə bir araya gəlməz. Bu, bir daha onu deməyə əsas verir ki, İran Azərbaycanın müstəqilliyini, güclü olmasını istəmir. Güclü Azərbaycan İran milli təhlükəsizliyinə böyük problem yaradır. O cümlədən İranda 35 milyon azərbaycanlının yaşaması etnik bir faktordur.

İsrail-Azərbaycan əməkdaşlığı geopolitik faktordur və bunu heç kim gizlədə bilməz. İsrail hər zaman Azərbaycanın yanındadır və dəstəyini əsirgəməyəcək. Son aprel döyüşlərində məhz İsrail hərbi texnologiyasına əsaslanan vasitələrlə erməni silahlılarına layiq cavab verildi. Bu da iki ölkə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bir daha sübut etmiş oldu. İsrail nəinki siyasi, iqtisadi, həmçinin hərbi müstəvidə hər zaman Azərbaycanın yanındadır. Hazırda İsraildə 70 min azərbaycanəsilli yəhudi yaşayır və Azərbaycanda 25 min yəhudi var. Bu fakt özü-özlüyündə bir daha insani körpülərin yüksək səviyyədə olduğunu göstərir. Amma İranda 35 milyon azərbaycanlı yaşayır və hamı anlayır ki, İran rejimi nədən ibarətdir. İranın teokratik rejimi güclü Azərbaycanı istəməyib və istəməyəcəkdir. Bu, bir faktdır”.

 

BƏXTİYAR
Yeniçağ.Az

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv