!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran azərbaycanlılarının etiraz hərəkatını dəstəkləmək Azərbaycan və Türkiyəyə hələki sərfəli deyil” – Rusiyalı ekspert

!Reklam – Yazi

 

İranda artmaqda olan daxili gərginliyi dəyərləndirən Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti Murad Sadıqzadənin fikrincə, yaranmış şəraitdə Azərbaycan və Türkiyənin İran azərbaycanlılarının milli hərəkatını dəstəkləməsi hələ aktual deyil:

“Bu məsələ həqiqətən, çox maraqlıdır və hesab edirəm ki, İranla birbaşa məşğul olan, o ölkədəki prosesləri yaxından bilən mütəxəssislər tərəfindən daha dərindən araşdırılmalıdır.

Mən bu məsələyə regional və beynəlxalq prizmadan yanaşaraq deyə bilərəm ki, İran və qonşuluqdakı Türk dövlətləri arasında əməkdaşlıq İran azərbaycanlıları məsələsinin aktuallığını istər Azərbaycan, istərsə də Türkiyə üçün xeyli aşağı salır.

Eyni zamanda, bunu da başa düşmək lazımdır ki, həm Türkiyə, həm də Azərbaycan tək öz ərazilərində deyil, başqa dövlətlərdə də bu tip hərəkatlara mənfi yanaşırlar. Sözsüz ki, iqtisadi vəziyyətin yaxşılaşması əhalinin rifah səviyyəsini yüksəltməklə bərabər, dinc yanaşı yaşamaq imkanlarını da artıracaq.

Bundan başqa, İranda Körfəz dövlətləri tərəfindən qızışdırılan ərəb toplumu da var və onun daxilində dövlət əleyhinə əhval-ruhiyyə daim gücləndirilir. Kürdlərə gəldikdə isə onlar heç bir tərəf üçün əhəmiyyət daşımadıqlarını bildiklərinə görə sadəcə, hüquqlarının genişləndirilməsi haqda düşünürlər. İraqdakı kürdlərin “müstəqillik referendumu”nun iflası İran kürdlərinin bu istəyini artıq “dəfn edib”.

Ola bilər, mənim bu yanaşmam birmənalı qiymətləndirilməsin. Ancaq mən bu məsələni regionda cərəyan edən proseslərin tərkib hissəsi olaraq nəzərdən keçirməyin tərəfdarıyam”.

Söhbətləşdi:

Qafqaz Ömərov

www.yenicag.az

3318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv