İran Bərzaninin təklifinə müsbət cavab verdi

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi Ərbil və Bağdat arasında vasitəçilik məsələsində əlindən gələni edəcəyini söyləyib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Qasımi, Bərzaninin təklifini məmnuniyyətlə qarşıladıqlarını bildirib. XİN sözçüsü söyləyib:

“Ərbil və Bağdat arasında daha əvvəl başlayan danışıqların davam etməsini və müsbət nəticələrin əldə olunmasını istəyirik.”

Həmçinin, Türkiyə-İran münasibətlərinə də toxunan Qasımi vurğulayıb ki, iki ölkə arasındakı əlaqələr gücləndirilərək davam etdiriləcək.

COP29