İran beynəlxalq tribunada təklənir: Britaniya da Omandakı hadisədə İranı günahlandırdı

Böyük Britaniya Oman körfəzində tankerlərə hücum edilməsində İranı günahkar hesab edib.

Yenicag.az xəbər verir ki, Britaniya tərəfi İranın İslam İnqilabı Keşikçiləri Korpusunu hadisənin təşkilatçısı kimi göstərib.

Bu barədə Britaniya XİN-i  bəyanat yayıb.

Eyni zamanda iddia edilibki, İran bundan əvvəl də neft tankerlərinə hücum edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ da Omandakı hadisələrlə bağlı İranı günahlandırmışdı.

Həşim Səhrablı

COP29