“Eskalasiya istəməyən ölkələr İsrailin qarşısını almalı idi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında İranla İsrail arasında toqquşma ehtimalı, Rusiyanın İranı silahlandırması barədə məlumatların yayılmasını şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın İranı silahlandırması mümkün deyil.
“Rusiya İrana silahlandıra bilməz, bu, mümkün deyil. Rusiyanın İrana verməyə silahı yoxdur. Ukrayna müharibəsi yekunlaşmamış Rusiyanın hansısa bir ölkəni silahlandırması inandırıcı görünmür”, – deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, İsrail İrana hücum etməklə həqarət etmiş oldu.
“İranın ali dini rəhbəri deyib ki, bu hücum cavabsız qalmayacaq. ABŞ donanmasını İsrail ətrafına çəkir. İrana dolayı yollarla bildirir ki, İsraili vurma. Əgər ABŞ eskalasiya istəmirdisə, Netanyahuya demək lazım idi ki, İranı vurma. İrana bundan əvvəl də zərbələr endirmişdilər. İran cavabını vermişdi. İran dəfələrlə böyük müharibədən yayınmaq üçün səbrlə davranıb. Bu dəfə İran necə davranacaq demək çətindir”, – deyə o fikirlərini yekunlaşdıırb.
Səxavət Məmməd