İran İsrailə hava məkanını açan istənilən dövləti düşmən hesab edəcək.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz artıq başqa ölkələrin nümayəndələrinə demişik ki, İsrailə hava məkanını açan hər kəsi düşmən hesab edəcəyik. Amma ümid edirəm ki, heç kim belə icazə verməyəcək”, – deyə Əraqçi bildirib.