!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İran bu vəziyyətdən çıxmaq istəyirsə..." - Ekspert

!Reklam – Yazi

Keçən ilin son günlərindən başlayaraq İran yenidən iğtişaşlar dalğasına tuş gəldi. Ölkənin bir sıra şəhərlərində qiymət bahalaşmasına etiraz əlaməti olaraq insanlar ayağa qalxdı. Düzdür, artıq etiraz aksiyasına son qoyulub. Amma bununla belə yaşanan durum onu göstərir ki, cənub qonşumuz olan İranda insanların ayağa qalxmasına səbəb olan mühüm amillər var. Etiraz aksiyasına səbəb olan əsas amillərin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün

Yenicag.az olaraq ekspertə müraciət etdik.

Məsələ ilə bağlı açıqlama verən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirdi ki, İranda baş qaldıran etiraz aksiyasının kökündə illərdir yığılıb qalan və molla rejiminin həll etmək istəmədiyi problemlər dayanır:

“1979-cu il fevralın 11-də İranda inqilab baş verdi. Nəticədə, şah devrildi və İranda hakimiyyətə yeni qüvvələr gəldi. Lakin ötən bu müddət ərzində İranda milli-mədəni, iqtisadi və sosial sahədə ciddi islahatlar aparılmayıb. Başqa sözlə, İranda inqilabı doğuran səbəblər aradan götürülməyib. Düzdür, insanların həyat şəraitində şah dövrülə müqayisədə kosmetik dəyişikliklər olub. Keçmiş sovet ölkəsində olduğu kimi bir sıra islahatlar İranda da aparıldı. Amma bu islahatlar yarımçıq xarakter daşıyır. İnsanların mülkiyyət azadlığı, söz, mətbuat, milli-mədəni azadlıqların tapdalanması istiqamətində, sosial sahədə olan bir sıra gərginliklər qalmaqdadır. Yəni ölkədə baş verən etiraz aksiyalarının kökü heç də İranda qiymətlərin bahalaşması ilə bağlı deyil.

Əslində, dərin və ciddi islahatlar tələb olunur. Çünki 1979-cu ildən bu dövrə qədər dünyada bir sıra məsələlər yenilənib. Yeni informasiya texnologiyaları, internet yaranıb. SSRİ boyda hegemon dövlət tarixin arxivinə düşüb. Rusiya kimi dövlət zəifləyib. Avropada yeni dövlətlər yaranıb, şimali Afrikada ciddi dəyişikliklər olub. Amma İranda heç bir yenilik baş vermir, islahatlar aparılmır. Köhnədən həllini gözləyən əsaslı problemlər öz həllini tapmadığından yaranmış vəziyyət yeni-yeni etirazlara səbəb olur. Heç şübhəsiz ki, daxildə baş verən narazılıqdan xarici qüvvələr də istifadə edir. Hətta bu olaylardan hakimiyyət daxilindəki bir qüvvə digərinə qarşı da istifadə edir. Bu da normal hadisədir, həmişə olub və bundan sonra da olacaq.

Təbii ki, İranda baş verən hadisələrdən ABŞ və İsrail yararlanmağa çalışacaq. Trampın açıqlaması və İsrailin baş naziri Netanyahunun müraciətində də bu notlar hiss olundu. Amma yaşanan hadisələrin kökü ölkənin daxilində yığılıb qalan və həll olunmayan problemlərdən qaynaqlanır. Hansı ki, həmin problemi də ABŞ yaratmayıb, İranın molla rejimi özü-özü üçün yaradıb. Başqa sözlə, hakimiyyət problemləri həll etmədiyindən, problemlər bataqlığına düşüb. Ona görə də zaman keçdikcə belə etiraz aksiyaları baş qaldırır”.

ELÇİN

www.yenicag.az

2044
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv