İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Böyük Britaniyaya məxsus “Stena Impero” neft tankerini saxlayıb.
Yenicag.az xəbər verir ki, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.
Bildirilir ki, tanker lazımi yoxlamalardan keçmək üçün sahilə çəkilib.
“Reuters” agentliyi öz növbəsində bildirib ki, Böyük Britaniya hökumətinin Fövqəladə Komitəsi “COBRA” neft tankerinin saxlanılmasına dair təcili iclas keçirəcək./Trend/