İranın daxili işləri nazirinin köməkçisi Hüseyn Zülfüqar İranda baş verən terrorla bağlı açıqlama verib.
Yenicag.az “Tasnim”-ə istinadən xəbər verir ki, Hüseyn açıqlamasında:
“Terrorçular parlamentə qadın geyimində daxil olublar. Hadisə zamanı iki nəfər ölüb, 30-da çox insan isə yaralanıb”, deyib.
Daha sonra o, polis qüvvələrinin hadisəni diqqətdə saxladığını və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini vurğulayıb.