Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İran “Divar məsələsi”ndə geri çəkildi: Tehrandan açıqlama

İranın Xarici İşlər Nazirliyi Türkiyənin bu ölkə ilə sərhəddə divar inşa etmək qərarına münasibət bildirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “divar məsələsi”ndən danışan İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Ankaranın təhlükəsizliklə bağlı irəli sürdüyü bu təşəbbüsə normal yanaşdıqlarını deyib:

“Divar tam sərhəddə deyil, Türkiyə ərazisində inşa ediləcək. Sərhəddə təhlükəsizliyi və sabitliyi artıracaq bütün tədbirlərə normal yanaşırıq.

Bu məsələdə koordinasiyanın gücləndirilməsi üçün ikitərəfli dialoqun intensivləşməsinə tərəfdarıq. Sərhədin təhlükəsizliyi istər Türkiyə, istərsə də İran üçün əhəmiyyətlidir və tərəflər buna uyğun səy göstərməlidirlər”.

Yeniçağ.Az

 

www.yenicag.az

482
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100