İran dünyanı neftlə təhdid etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Qasım Süleymani bu dəfə də neftlə bağlı təhdid səsləndirib.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, Süleymani ölkələrinin neft satışına hər hansı maneçilik törədiləcəyi təqdirdə qarşılıq verəcəklərini söyləyib. O bildirib ki, əgər neft satışında problemlə üzləşərlərsə, bu halda bütün region ölkələrinin neft satışına əngəl olacaqlar.

Süleymani Avropa və ABŞ-ı İran körfəzində neft ticarətini məhdudlaşdırmaqla da hədələyib.

Xatırladaq ki, hazırda İrana qarşı bəzi iqtisadi embarqolar tətbiq olunsa da, ölkə neft sahəsində heç bir sanksiyaya məruz qalmayıb.

COP29