!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran dünyanın 4-cüsüdür

!Reklam – Yazi

iran_raket_sayyad2_121113İranın raket sənayesinə malik ölkələr arasında öz yeri var. Ölkəmiz bu baxımdan ABŞ, Rusiya və Çindən sonrakı yerdə qərarlaşır. Bu sözləri İranın müdafiə naziri Hüseyn Dehqan deyib.

H.Dehqan İranın son illər ərzində raket sənayesində nəzərəçarpacaq nailiyyətlər əldə etdiyini bildirib: “İran heç bir qüvvəyə öz raketlərini sual altına almağa və ya onları müzakirəyə çıxarmağa icazə veməyəcək”.

Onun sözlərinə görə, İranda istehsal olunan raketlərin hədəfi dəqiq vurma qabiliyyətinin, radardan yayınma müddətinin artırılmasına çalışılıb.

Nazir qeyd edib ki, İranın milli təhlükəsizliyinin təmini və İraqda yerləşən müqəddəs ziyarətgahlar rəsmi Tehran üçün “qırmızı xətlər”dir: “Əgər İŞİD və ya hər hansı bir silahlı quruplaşma müqəddəs ziyarətgahlara toxunarsa, İran sakit oturmayacaq”.

H.Dehqan deyib ki, ABŞ və İsrailin İrana hücum etməyə cəsarəti çatmaz: “Onların hədələri və hücum planının masa üzərində olması ilə bağlı açıqlamaları boş şeydir. Əgər hər hansı bir iş görə bilsəydilər, heç şübhəsiz bunu edərdilər. Buna baxmayaraq, biz bu hədələri ciddi qəbul edirik və hazırlıqlarımızı görürük”.

(trend.az)

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv