“İran ən böyük təhlükədir, cavab verəcəyik” – Netanyahu

İran İsrail dövlətinin mövcudluğu üçün ən böyük təhlükədir.

Yenicag.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

O qeyd edib ki, İsrail İranın raket hücumuna cavab verəcək:

“İsrailin özünü müdafiə etmək və İranın bu cür hücumlarına cavab vermək vəzifəsi və bütün hüquqları var və biz bunu edəcəyik”.

Qeyd edək ki, İran 1 oktyabrda İsrailə kütləvi raket zərbəsi endirmişdi.

COP29