!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-Ermənistan münasibətləri: "Molla rejimi Azərbaycana qarşı məkrli olsa da...

!Reklam – Yazi

“İran Azərbaycana qarşı düşmən, Ermənistana qarşı qardaş mövqeyində olmaqda davam edir”.

Bu sözləri İranla Azərbaycan arasındakı gərginliyin hazırkı mərhələsi və rəsmi Tehranla İrəvan arasındakı münasibətləri şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, İranın ritorikası dəyişsə də, vəziyyət gərgin olaraq qalır:

“İranla Azərbaycan arasında münasibət həddən artıq gərginləşmişdi. Bu gərginlik hələ də qalır, ancaq nisbətən səngiyib. İran bölgədə güc nümayiş etdirmək istədi, Azərbaycanla hədə dili ilə danışdı. Düşündü ki, Azərbaycan əvvəlki kimi zəif vəziyyətdədir, arxası yoxdur.

Azərbaycan da İrana qarşı eyni cür cavab verdi. İran başa düşdü ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Nisbətən geri çəkildi, ritorikaları da dəyişdi.

Bunlara baxmayaraq, İranın məkrli planı davam edir. Ermənistanın onların qırmızı cizgisi olmasını açıq-aşkar bəyan edirlər. İran bununla əvvəlki mövqeyində qaldığını göstərir. İran Azərbaycana qarşı düşmən, Ermənistana qarşı qardaş mövqeyindədir.

Hazırda ritorika yumşalsa da, vəziyyət gərgin olaraq qalmaqdadır. Hesab edirəm ki, molla rejimi nə qədər Azərbaycana qarşı məkrli olsa da, çalışıb normal münasibət qurmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv