İran hava nəqliyyatında təyyarə çatışmazlığı yaşanır

İrana təyyarələrin gətirilməsi prosesi sadələşdiriləcək. İranın hava nəqliyyatı bazarının ərazi böyüklüyünə görə, 500 təyyarəyə ehtiyacı var.

Yenicag.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Əli Abidzadə deyib.

Ə.Abidzadə qeyd edib ki, hava nəqliyyatında təyyarə çatışmazlığı var. Buna görə, bütün şəhərlərə uçuşlar təşkil edilmir:

“Hal-hazırda hava nəqliyyatında 150 ədəd sərnişin təyyarəsi var. Yerli və xarici uçuşların çoxluğunu nəzərə alaraq təyyarələrin sayı artırılmalıdır. İranın Mülki Aviasiya Təşkilatı təyyarələrin satın alınması üçün təklif irəli sürüb. İranın Yol və Şəhərsalma Nazirliyi çalışır ki, təyyarələrin asanlıqla ölkəyə daxil olması üçün imkanlar yaratsın”./Trend/

COP29