İranın sərhəd patrul helikopteri qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, qəza İranın İraqla sərhədində baş verib.
Faktı sərhəd xidmət rəisi Fərdin Piri də təsdiqləyib. Onun sözlərinə görə, qəzaya səbəb texniki nasazlıq olub.
Qeyd edək ki, qəza nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.