Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İran həqiqətən 17 agenti yaxalayıb? - Tramp səssizliyini pozdu

ABŞ prezidenti Donald Tramp İranın 17 agenti aşkarlayıb, edam cəzası verilməsi xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.

Yenicag.az xəbər verir ki, o, bu iddialara Twitter hesabından cavab verib.

Ortaya atılan CİA (FBi) üçün çalışan 16 agentin İran aşkarlanması iddiasının saxta və propoganda olduğunu qeyd edib:

“İranın CİA agentlərini tutduğuna dair hesabatı tamamilə yanlışdır. Sıfır həqiqət. Dini rejim tərəfindən ortaya atılan yalan və propoganda (öz dronlarını endirmələri kimi) həmçinin nə etdikləri barədə fikirləri yoxdur. İqtisadiyyatı ölüb və daha pisə gedir. İran tamamilə bitmiş vəziyyətdədi”.

İran, CİA üçün çalışan 17 nəfərin tutulduğunu və bəzilərinə ölüm cəzası verildiyini açıqlayıb. 18 iyun tarixində həyata keçirilib. Tutulanların “həssas və kritik özəl sektorlarda” çalışdığı və gizli informasiyalar topladığı aşkarlanıb. Yarı rəsmi xəbər agentliyi Farsda verilən açıqlamaya görə “bəzilərinə ölüm cəzası bəzilərinə isə uzunmüddətli həbs cəzası verilib”. İran dövlət televiziyası tutulanlara aid olduğu deyilən görüntülər yayımlayıb.

www.yenicag.az

698