İran yeni raketi sınaqdan keçirib

raketİran ordusu hərbi təlim zamanı “Tufan” adlı yeni tip raketi sınaqdan keçirib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, yeni raketi İran mühəndisləri hazırlayıb.

İnformasiyaya görə, ölkənin cənub-şərqində quru qoşunlarının “Məhəmməd Rəsulallah-4” adı altında təlimləri keçirilir. Hərbi Hava Qüvvələrinin və “Hatəm ül-Ənbiya” hava hücumundan müdafiə bazasının dəstəyi ilə keçirilən təlimlər 220 kv. km. ərazini əhatə edir. Təlimlərin məqsədi quru qoşunlarının döyüş hazırlığını yüksəltməkdir.

Qeyd edək ki, təlim dekabrlın 11-də başlayıb və 13-də başa çatacaq.

Yenicag.az

COP29