!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran “Hizbullah”ı İsrailə qarşı savaşa belə hazırlayır - Yeraltı zavodlar,  raketlər və … - “The Times of İsrael”

!Reklam – Yazi

Amerikanın “Foks Nyus” (Fox News) televiziya kanalının verdiyi xəbərə görə, “İran yüksək inkişaf etmiş Qlobal Yerləşdirmə Sistem komponentlərini “Hizbullah”a göndərib. Bu komponentlər “Hizbullah”ın geridə qalan raketlərini inkişaf etdirərək yüksək idarəetməyə malik raketlərə çevirmək imkanı yaradır. “Hizbullah” bu mükəmməl vəziyyətdə olan raketə yiyələnməklə İsrailə təhdid yaradır”.

Adıçəkilən media qurumunun verdiyi xəbərə görə, Amerika və qərb kəşfiyyat xidmətləri İranın çox sayda silah, digər hərbi komponent və sursatın “Hizbullah”a ötürdüyü informasiyasına malikdir. Kəşfiyyat xidmətlərindən verilən məlumata görə, bu yaxınlarda Livanda fəaliyyət göstərən İran zavodlarına silahları təkmilləşdirmək üçün komponentlər daxil olub. 

Qeyd edək ki, bu ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 73-cü sessiyasında tribunadan çıxışı zamanı İsrailin baş naziri Benyamin Netanyahu Livanda İrana məxsus belə obyektlərin mövcud olması barədə sirri açıb. Daha sonra İsrail hərbisi peyk vasitəsilə araşdırma apararaq Beyrutda İrana məxsus üç belə zavodun olması barədə dəqiq görüntülər təqdim edib. Həmin görüntülərdən aydın olur ki, İranın dəstək verdiyi “Hizbullah”ın yerin altında gizli raket istehsalı obyektləri fəaliyyət göstərir. 

Livan prezidenti Mişel Aoun isə Netanyahunun bu ittihamlarının əsassız olduğunu bildirib. 

“Foks Nyus” “Fars Eə Qeşm” adlı təyyarənin QFZ-9950 saylı reysini izləyib. Həmin araşdırmaya görə, “Fars Eə Qeşm” oktyabrın 16-da saat 9:33-də naməlum istiqamətə kurs götürməmişdən əvvəl Tehran Beynəlxalq Hava Limanını tərk edib. Elə həmin gün Boeinq-747 təyyarəsinin Beyrutdan əvvəl Dəməşqdə yerə endiyi bildirilir. Oktyabrın 17-i axşamçağı bu təyyarənin Beyrutdan Dohaya (Tehrana qayıtmamışdan əvvəl) kurs götürdüyü qeyd olunur. 

Qərb kəşfiyyat mənbələri adıçəkilən yük təyyarəsinin silah komponentləri, o cümlədən Qlobal Yerləşdirmə Sistem texnologiyası daşıdığını bildirirlər. Qlobal Yerləşdirmə Sistemi Beyrut hava limanı yaxınlığında yerləşən İrana məxsus zavodlarda yüksək keyfiyyətli raketlərin hazırlanması üçün nəzərdə tutulub. 

“İsrail bu kimi özbaşınalıqların qarşısını almağa qərar verib”, – deyə hərbi kəşfiyyatın keçmiş rəisi Amos Yadlin bildirib. Onun sözlərinə görə, “əgər iranlılar ballistik raketlərlə özlərinin dəqiq layihələrini qurmaq, yəhudilər də iranlıların bu məqsədinin qarşısını almağa qəraq verərlərsə, onda bu, açıq münaqişəyə aparan yoldur”.

“İranlılar Suriyada hədəfi dəqiq vuran ballistik raketlər, o cümlədən naməlum hava silahları, dronlar və hava hücumuna qarşı müdafiə silahları yerləşdirməklə təhlükəli hərbi mövqe göstərirlər. İsrail İrana Suriyada “Hizbullah”ı gücləndirməyə imkan verməyəcək”, – deyə Yadlin “Foks Nyus”a müsahibəsində bildirib. 

“The Times of İsrael” araşdırıb ki, bu ilin sentyabr ayında İsrail hava zərbələri “Hizbullah”ı yol boyunca nişan alarkən, Rusiya casus təyyarəsi Suriya hava hücumundan müdafiə qüvvələri tərəfindən diqqətsizlikdən vurulub. Suriyanın istifadə etdiyi bu raketlər geridə qalmış hərbi texnika idi. 

İsrailin baş naziri Benyamin Netanyahunun bildirdiyinə görə, bu mükəmməl raketlər 10 metr fərqlə hədəfi vurmaq qabiliyyətinə malikdirlər. “Hizbullah”ın arsenalında bu növ raketlərin olması ehtimal edilir. Amma bu raketlərin arasında əksəriyyətinin yüksək texnologiyaya məxsus olduğu inandırıcı deyil.  

İsrail Müdafiə Qüvvələrinin verdiyi xəbərə görə, “Hizbullah” 2017-ci ildən bu raketləri hazırlamağa başlayıb. 

Bu növ raketlərin hazırlanması üçün 2017-ci ilin mart ayından İran Livanda yerin altında zavodlar tikməyə başlayıb. Həmin vaxtdan İsrail rəsmiləri dəfələrlə bildiriblər ki, İsrail belə obyektlərin mövcudluğunu qəbul etməyəcək. 

2018-ci ilin yanvar ayında Netanyahu qeyd edib ki, Livan “İsrailə təhdid yaradacaq güclü raketlər hazırlayan zavodun məkanına çevrilir. Bu raketlər İsrailə ciddi təhdiddir və biz bu təhdidi qəbul edə bilmərik”. 

Belə ehtimal olunan silah obyektlərindən biri “Hizbullah”ın maliyyələşdirdiyi futbol komandasının meydançasının altında, digər ikinci yeraltı silah obyekti Rafik Həriri Beynəlxalq Hava Limanının şimalında, üçüncü yeraltı silah obyekti isə Beyrut limanından aşağıda hava limanı anqarından 500 metrə yaxın məsafədə yerləşir. 

Göstərilən bu üç görüntü İsrail Müdafiə Qüvvələrinin tək ehtimal etdiyi obyektlər deyil. “Hizbullah”ın raketləri hazırlamaq və saxlamaq üçün Livanda daha bir sıra obyektinin olduğu istisna edilmir. 

Bu ilin mayında Netanyahu deyib ki, İsrail “ölümdaşıyıcı silahların Suriyadan Livana köçürülməsinin əleyhinə əməliyatlar aparır və bu silahların Livanda işlənib təkmilləşdirilməsinin əleyhinədir”.

İsrail Suriyaya son illərdə yüzlərlə hava zərbələri endirdiyini etiraf edib. İsrail bu hava zərbələrini Suriyaya İranın burada daimi hərbi mövcudluğunu nəzərə alaraq edib. İsrail hərbisi həmçinin İranın müasir hərbi texnika və sursatının Livanda fəaliyyət göstərən “Hizbullah”a çatdırılması yollarını bağlamaq istəyir. 

İsrail Hərbi Hava Qüvvələri Livanın daxili ərazisində reydlər keçirməkdən çəkinir. Lakin İsrail belə reydlərin Livanda aparılmasına dair hazır olduğunu qeyd edib. 

Bu ilin əvvəlində Beynəlxalq Astronavtika Federasiyasının rəhbəri Amiram Norkin İsrailə məxsus F-35 qırıcı təyyarəsi ilə Beyrut hava limanının yanından uçan generalların şəklini göstərməklə “Hizbullah”a birbaşa ismarıc göndərir. 

2006-cı  ildən İsrail “Hizbullah”ı cəzalandırmaq üçün müharibə aparır. Yəhudi hökuməti ehtimal edir ki, on minlərlə müasir raketlərlə silahlanan “Hizbullah”  bütün İsrail üçün təhdid yarada bilər. 

Qeyd: “The Times of İsrael” 2012-ci ilin fevral ayında təsis edilən İsrail internet qəzetidir. Jurnalist Deivid Horovitz (David Harovitz) qəzetin baş redaktorudur. “The Times of İsrael” İngilis dilində İsraildə, Yaxın Şərqdə və Yəhudi dünyasında, o cümlədən Amerika Yəhudi icmasında baş verən prosesləri əhatə edir. Bu internet qəzeti həmçinin ərəb, fransız və fars dillərində fəaliyyət göstərir.

www.yenicag.az

2967
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv