İran hökuməti zərər çəkmişlərə təzminat ödəyəcək

İran hökuməti benzinin bahalaşmasından daha çox zərər çəkmiş yoxsul təbəqələrə noyabrın 18-dən başlayaraq pul ödənişləri edəcək.

Yenicag.az-ın məlumatına görə, subsidiyalar 19 milyonadək ailəyə şamil olunacaq.

Ödənişlərin məbləği ailə üzvlərinin sayından asılı olacaq.

Qeyd edək ki, son iki gündə İranda benzinin qiymətinin bahalaşmasına görə bir sıra dinc etirazlar baş verib. Etirazlar bəzi hallarda iğtişaşla nəticələnib. 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala qədər (təxminən 0,71 dollar) bahalaşıb.

COP29