İranda benzinin bahalaşmasından sonra başlayan aksiyalar davam edir.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın 21 şəhərində davam edən aksiyalar nəticəsində ölənlərin sayı 106-nı ötüb. Qeyri-rəsmi məlumatlara görə isə, ölü sayının 200-dən çox olduğu bildirilir. Həmçinin, aksiya liderlərinin də edam ediləcəyi elan olunub.
Qeyd edək ki, İran höküməti 60 milyon nəfərə edəcəyi maddi yardımın birinci hissəsini ödəyib.