!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-İraq sərhədində zəlzələ oldu

!Reklam – Yazi

İran-İraq sərhədində zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin şəhərinin 23 kilometrliyində və İraqın Xanaqin şəhərinin 43 kilometrliyində baş verib.

Yerli vaxtla saat 14:22-də 4,3 bal gücündə olan zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında 5,9 bal gücündə zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv