İran İŞİD-in qərargahlarına raket zərbəsi endirib

İran, İŞİD-in Tehranda həyata keçirdiyi terror aktlarına cavab olaraq, İŞİD qərargahlarını bombalayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İran uzaq mənzilli raketlərlə Suriyanın Deyr əz-Zor şəhərində terrorçulara ağır zərbə endirib. Rəsmi açıqlamada, hava hücumlarının Tehrandakı terror hadisələrinin cavabı olaraq edildiyi bildirilib.

Yenicag.az