!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran-İsrail müharibəsi başlasa, Moskva İranı dəstəkləyəcək” – Rusiyalı hərbi ekspert

!Reklam – Yazi

“Rəsmi Vaşinqton gah özü Tehran əleyhinə bəyanatlar verir, gah da Tel-Əvivi buna təhrik edir”.

Rusiyalı hərbi ekspert, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev Yenicag.ru-ya müsahibəsində İran və İsrail arasında qarşıdurmanın perspektivini və Rusiyanın bu münaqişədə tutacağı mövqeni dəyərləndirib.

– Əksər ekspertlər hesab edirlər ki, dünya İran və İsrail arasında başlayacaq böyük Yaxın Şərq müharibəsi ərəfəsindədir. Bu barədə nə düşünürsüz, müharibə riski realdır?

– Bu bəyanatları sadəcə, provokasiya deyil, həm də təhrikçilik kimi qiymətləndirirəm. Mahiyyət etibarilə, bu yanaşmalar ekspert təxəyyülünün nəticəsi yox, Yaxın Şərq makroregionunda hegemonluq uğrunda uzun illər mübarizə aparan iki ölkəni müharibəyə sürükləmək arzusudur.

Regiondakı hərbi toqquşmalar üzündən İran və İsrail arasında münasibətlər, həqiqətən, xeyli kəskinləşib. Ancaq ABŞ-da çoxdan, hələ Suriya böhranından əvvəl də arzulayırdılar ki, yəhudilərin əli ilə farslara qarşı müharibə başlasın.

Rəsmi Vaşinqton gah özü Tehran əleyhinə bəyanatlar verir, gah da Tel-Əvivi buna təhrik edir. ABŞ-ın bu cəhdləri İranda “rəngli inqilab” cəhdinin baş tutmamasından sonra daha da intensivləşib.

Ancaq İran-İsrail münasibətlərində artan gərginliyi yalnız Rusiya, Türkiyə və Avropa Birliyinin yardımı ilə dayandırmaq mümkündür. Brüsseldə haqlı olaraq belə ehtimal edirlər ki, İran və İsrail arasında açıq müharibə baş verərsə, bu, Tehranın ümumi fəaliyyət planından çıxmağa və yeni nüvə dövlətinə çevrilməsinə, nəticə baxımından, Yaxın Şərqdə vəziyyətin daha da kəskinləşməsinə yol açar. Bu, eyni zamanda, İranın həm Yaxın Şərqdə, həm də bütövlükdə mövqeyini gücləndirər. Məgər Qərb bunu istəyir? Əlbəttə ki, yox. Ona görə də hətta ABŞ-da bir çox siyasətçilər İran və İsrail arasında müharibənin qarşısını almağa çalışırlar.

– Əgər müharibə başlayarsa, o zaman aydındır ki, İsrail Qərbdən dəstək alacaq. Bu vəziyyətdə İran Rusiyanın dəstəyinə ümid edə bilər?

– Fikrimcə, belə bir vəziyyətdə Rusiya İrana dəstək verəcək. Lakin hazırda Moskva ilə Tehran arasında hərbi sahədə qarşılıqlı əlaqə çəkindirici xarakter daşıyır. İran həmləyə məruz qalarsa, Rusiya bunu özünə qarşı təcavüz kimi qiymətləndirəcək. Ölkələrimiz arasında döyüş və hərbi-texniki əməkdaşlığın dərinləşməsi bu dövlətlərin Yaxın Şərqdəki mövqelərini xeyli gücləndirəcək. Belə düşünürəm ki, belə bir “layihə” nə ABŞ, nə İsrail, nə də Avropa Birliyi ölkələrinin planlarına daxil deyil.

– Qlobal Yaxın Şərq müharibəsindən danışarkən, əsas “oyunçular”dan sayılan Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin rolu da qeyd olunmalıdır. Bu ölkələrin vəziyyəti necə olacaq?

– Bu suala cavab vermək çətindir. Çünki adları çəkilən ölkələrin hər biri üçün xüsusi və detallı təhlil aparılsın. Həmçinin, o ölkələrlə ABŞ, Rusiya, İsrail və digər güclü ölkələr arasında müəyyən ziddiyyətlər var. Bütün hallarda Səudiyyə Ərəbistanı, Misir və Türkiyə öz strategiyalarını, o cümlədən, dost və düşmənlərini müəyyənləşdirmək üçün çətin seçim etməlidirlər.

 

www.yenicag.az

3982
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv