!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-İsrail qarşıdurmasında Azərbaycan mövqeyi: "Bu dövlətin parçalanması gözlənilir" - ŞƏRH

!Reklam – Yazi

“Proseslər hazırkı formada inkişaf edəcəksə, İrana qarşı hərbi koalisiya yaranacaq”.

Bunu İran-İsrail qarşıdurması və Azərbaycanın bu məsələdə mövqeyini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, İranın parçalanması gözlənilir:

“İran bölgədə təhlükəli dövlətdir. İrana qarşı çoxlu sayda sanksiyalar tətbiq olunub. Əhalinin vəziyyəti həddindən artıq pis olsa da, İran imperialist siyasətini davam etdirir. Bir sıra ölkələrdə İranın maliyyəsi ilə fəaliyyət göstərən terror təşkilatları var. Eyni zamanda İran İsrailə açıq-aşkar meydan oxuyur.

İran nüvə silahını əldə etmək üçün xeyli dərəcədə irəli gedib. İsrailin də açıq mövqeyi var. İsrail də açıq şəkildə bildirir ki, İranın nüvə silahı əldə etməsinə icazə verə bilməzlər. İsrail elan edib ki, İranın nüvə obyektlərini vuracaq. Bunun üçün də xeyli sayda işlər görülüb.

ABŞ ilə İsrail arasında İranın vurulması yönündə məsləhətləşmələr gedir. İndiyə qədər İsraili dayandıran ABŞ idi. Hiss olunur ki, bu dəfə İsrail dayanmayacaq.

Dəfələrlə Azərbaycan üzərindən İrana müəyyən hücumlar planlaşdırılıb, ancaq Azərbaycan buna razı olmayıb. Eyni zamanda Türkiyə də buna razı olmayıb. İran Azərbaycan üçün təhlükəli dövlətdir. Yeni mərhələdə Azərbaycan və Türkiyə öz siyasətlərini korrektə edəcək.

Proseslər belə davam edəcəksə, İrana qarşı koalisiya yaranacaq. İran dövlətinin parçalanması gözlənilir.

Müharibə asan bir şey deyil. Ona görə də Azərbaycan tərəfi səbrli davranır. Ancaq mövqe ortaya qoymuş olsaq, düşünürəm ki, İsraili müdafiə etməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv