İsrailin İranın Suriyadakı SEPAH, eyni zamanda, proksi qüvvələrinə məxsus olan mövqeləri vurması ilk məsələ deyil. Dəfələrlə belə hallar olub və İran İsrailə tutarlı cavab verməyib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.
Analitik İranın Suriyadakı konsulluğu yaxınlığında yerləşən SEPAH-a məxsus binanın vurulmasından sonra yaxın günlərdə İranın atacağı adekvat addımlardan danışıb.
Xatırladaq ki, sözügedən hadisədən sonra SEPAH-a bağlı olan bir sıra mətbuat orqanları, İranın 48 saat ərzində İsrailə hücum edəcəyi ilə bağlı silsilə informasiyalar tirajlayıblar. Bundan əlavə, hakimiyyətyönümlü İran KİV-ləri Tehran administrasiyasının baş verənlərlə əlaqədar olaraq Təl-Əvivi cavabsız qoymayacağını vurğulayıblar.
Ətraflı videonu təqdim edirik:
Rafi Müslümov