!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran İsraili məhv edəcək

!Reklam – Yazi

65320İran rəsmisi İsrail məhv olanadək İranın öz hərbi qüdrətini artıracağını bəyan edib.

Yenicag.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin bölmələrindən biri olan İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Möhsün Kazameyni deyib. O, 250 minlik İran könüllüsünün iştirak etdiyi hərbi təlimdə çıxış edib.

Möhsün Kazameyni İran İslam Respublikasının daim İsraillə mübarizə aparacağını bildirib.

“İsrail məhv edilənə, Fələstin isə tam azad olana qədər İslam İnqilabı öz hazırlıq səviyyəsini durmadan artıracaq. Biz təkcə öz ölkəmizi deyil, bütün məzlum xalqları, xüsusilə sionistlərlə mübarizədə ön cəbhədə olan xalqları qorumağa davam edəcəyik”, – deyə Möhsün Kazameyni əlavə edib.

O, həm də İsraillə savaşan bütün qüvvələrə kömək etməyə davam edəcəklərini də vurğulayıb.

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv