İranın başlatdığı PUA hücumu ilə Yaxın Şərqdə gərginlik yenidən artarkən “Kurtlar Vadisi” serialında İran və İsraillə bağlı bir səhnə gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, sözügedən səhnədə Polat Alemdar və onun iki ölkə üzrə tərəf müqabilinin dialoqu diqqət çəkir.
Səhnədə İran və İsraillə bağlı dialoq belədir:
“Əslində, regionda İsraillə İran arasında adı qoyulmayan əməkdaşlıq mövcuddur. Onların hər ikisi bir-birinə qarşı olmaqla ilə varlıqlarını qoruyurlar. İsrail olmasa, İran bölgədə hökm sahibi ola bilmədi. İran olmasa, İsrail amerikalılardan istədiyi kimi istifadə edə bilməzdi.
Gərginliyin şağı düşdüyünü hiss etdikləri an süni böhran yaradırlar. Bütün dünya həyəcan vəziyyətindədir. İran bundan istifadə edir və bunun müqabilində bölgəyə mesajını verir. İsrail deyir ki, İran terrorçuların ən böyük dəstəkçisidir. Onu məhv etməyimiz lazımdır. Arada neft və silah lobbiləri böyük pul qazanır”.