İran BMT Təhlükəsizlik Şurasını İsrailin Livan, Qəzza və Suriyaya qarşı təcavüzünü dayandırmaq və Yaxın Şərq regionunda genişmiqyaslı müharibənin qarşısını almaq üçün müdaxilə etməyə çağırıb.
Yenicag.az xəbər verir ki, bu barədə İranın BMT Təhlükəsizlik Şurasındakı missiyası məlumat yayıb.
“İran İslam Respublikası bir daha Təhlükəsizlik Şurasını İsrailin Livan, Qəzza və Suriyaya qarşı davam edən təcavüz və hərbi cinayətlərini dayandırmaq və vəziyyətin genişmiqyaslı regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün təcili və qəti şəkildə müdaxilə etməyə çağırır”, – deyə nümayəndə Əmir Səid Təhlükəsizlik Şurasının sədri və Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məktubda yazıb.