!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran koronovirusa yoluxanları bu cihazla tapacaq - Rəsmi

!Reklam – Yazi

Yeni tip koronavirusun ən çox ziyan vurduğu ölkələrdən biri olan İranda virusu qan testlərinə ehtiyac olmadan hesablayan cihaz ixtira olunub.

Yenicag.az xəbər verir ki, İnqilab Keşikçiləri Baş Komandiri Hüseyn Səlami bu barədə açıqlama verib. O qeyd edib ki, “bu yeni ixtira İranda yeni növ koronavirusun yayılmasından sonra İnqilab Keşikçiləri tərəfindən inkişaf etdirilən yeni və bənzərsiz texnoloji bir fenomendir”.

Səlami virusa yoluxmuş səthləri və insanları ağıllı üsullarla uzaq məsafədən, qan analizi tələb etmədən aşkarlayan cihazın kütləvi axtarışlarda istifadə edildiyini söyləyib.

Cihaz üçün bipolyar virus hazırlanıb və 100 metrəni əhatə edən anten vasitəsilə 5 saniyədə yoluxmuş yerləri aşkar etmək mümkündür.

Hüseyn Səlaminin sözlərinə görə cihazı müxtəlif xəstəxanalarda sınaqdan keçirilib və 80% dəqiq nəticə əldə etdilib. Cihazın cür virusa qarşı işə yarayacağını da qeyd ediblər.

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv