!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran məhkəməsi etirazçılara edam cəzası çıxardı

!Reklam – Yazi

İranda etirazlara qatılanlarla bağlı qərar verilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, etirazlara qatılan 3 nəfərə edam hökmü çıxarılıb.

Ötən həftə Tehran və Kərəc şəhərlərində saxlanılan minlərlə nümayişçidən 19-na ölüm cəzası veriləcəyi açıqlanıb.

Müxtəlif mənbələrin verdiyi məlumata görə, etirazlara qatılanların hamısına edam cəzasının verilməsi gözlənilir. Məsələ ondadır ki, etirazlar zamanı saxlanılanların sayı bir neçə min nəfərdir.

Məsələ ilə bağlı İran daxili işlər naziri Vahidi jurnalistlərin suallarını cavablandırarkən bunları deyib:

“İğtişaşlarda əcnəbi vətəndaşlar həbs olunub və onlardan bəzilərinin bu iğtişaşlarda böyük rolu olub. Son hadisələrdə Fransa kəşfiyyatının agentləri və İŞİD-ə bağlı ünsürlər həbs edilib. Həmin şəxslərlə bağlı qanuni tədbir görülməsi üçün ədliyyə orqanlarına təhvil verilib”.

Qeyd edək ki, İranda sentyabr ayından – 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanılmasından sonra ölməsi ilə əlaqədar etirazlar başlayıb və bu günə qədər də səngimək bilmir.

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv