Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İran neft hasilatını 20 faiz artıracaq – Rəsmi

İran yaxın 5 ildə neft hasilatını 20 faiz artıracaq.

Yenicag.Az  OilGas.az-a istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Zangane məlumat verib. Bununla da ölkədə “qara qızıl” hasilatı gündəlik 5 milyon barelə çatacaq.

Nazir qeyd edib ki, hasilat həcminin artımı yeni yataqların inkişafı və artıq işlənmiş obyektlərdə texnologiyanın təkmilləşməsi ilə əlaqədardır.

Hazırda rəsmi Tehran gündəlik 3,8 milyon barel neft hasil edir.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC neft qiymətlərində stabillik yaratmaq üçün hasilatın oktyabr səviyyəsindən gündəlik 1,2 milyon barel azaldılmasını razılaşdırıb. Sazişin şərtlərinə görə, İran hasilatı sanksiyalara qədərki həddə çatdırmaq üçün imkan qazanıb.

 

Yenicag.Az

www.yenicag.az

434
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100