!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran nefti hədəfimizdədir” – ABŞ-lı diplomat

!Reklam – Yazi

ABŞ-ın BMT-də Daimi Nümayəndəsi Nikki Haley, Fox News televiziyasına gündəmlə bağlı suallara cavab verib.

Yenicag.az xəbər verir ki, Tramp administrasiyasının İrana qarşı xarici siyasətini qiymətləndirən Haley İranı böhran vəziyyətinə salmağı hədəflədiklərini bildirib:

“İran, Suriyanı məhv etdi. İsrailə qarşı birmənalı hərəkət etmirlər. İranın Orta Şərqdə aravuranlıq etdiyini görürük və bütün bunlara görə nüvə razılaşmasından çəkildik. Çünki nüvə razılaşması qüvvədə olan zaman İran külli miqdarda maddi yardımlar alırdı ki, bu da onun təcavüzkar siyasətini davam etdirməsi üçün maddi baza yaradırdı. Yeni sanksiyaların tətbiqinə başladıq. Beləcə İran neftini hədəf alacağıq. Təsirləri çox ciddi olacaq və yaxın zamanda hiss etməyə başlayacaqlar. Ballistik raket problemini, həmçinin terrora verdikləri dəstəyi kəsənə qədər onları böhran iztirabında boğacağıq”.

Suriyada kimyəvi silah istifadəsi mövzusunda Rusiya və İranı xəbərdar etdiklərini dilə gətirən Haley, ABŞ prezidenti Donald Trampın kimyəvi silah istifadəsi ilə bağlı iki dəfə dünya səviyyəsində etiraz etdiyini xatırladıb.

Tramp rəhbərliyinin Fələstin Qurtuluş Təşkilatının Vaşinqton ofisini bağlama qərarına da toxunan Haley, “Müzakirə masasına gəlməyən onlardır. Belə olan halda onlara maddi və digər köməklik göstərmək olmazdı. Ancaq başa düşürük ki, bunlar problemləri sülh yolu ilə həll etməyə maneə olacaq addımlardır. Lakin biz çalışacağıq ki, hər şeyi dinc yolla həll edə bilək” – deyə qeyd edib.

www.yenicag.az

2279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv