Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İran nüvə fəaliyyətinə yenidən başlayır – Ruhani təhdid etdi

İran İslam Respublikası yenidən nüvə fəaliyyətinə başlayır.

Yenicag.az xəbər verir ki, bununla da İran 2015-ci ildə Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiyayla əldə olunan razılığı dayandırmış oldu.

İran Dövlət Televiziyası sözügedən ölkələrin səfirliklərinə yenidən nüvə proqramına başladığı barədə məlumat verib.

İran prezidenti Həsən Ruhani İranın 2015-ci ildəki anlaşmada mənfəətlərinin qorunmadığını bildirərək, 60 gün içərisində uranın səviyyəsini daha da zənginləşdirəcəklərini bildirib.

Qeyd edək ki, buna səbəb kimi son zamanlar İrana qarşı tətbiq olunan sanksiyalar göstərilir.

www.yenicag.az

2084