!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran nüvə sazişinin davamı üçün şərtlərini açıqladı

!Reklam – Yazi

İranın ali dini lideri Ayətullah Xamanei nüvə sazişinin davam etdirilməsi üçün müəyyən tələblər irəli sürüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ hökümətinin imtina etdiyi nüvə razılaşması Avropa üçün hələ də böyük əhəmiyyətə malikdir. İran isə sözügedən sazişin davamı üçün artıq öz şərtlərini elan edib. Xamanei bildirib ki, Avropa İranın şərtlərindən hər hansı birini yerinə yetirməzsə, saziş ləğv olunacaq.

Razılaşmanın digər tərəfləri – Almaniya, Böyük Britaniya və Fransanı bəzi həssas məsələlərdə ABŞ-la ortaq hərəkət etməkdə günahlandıran Xamanei  aşağıdakı şərtləri irəli sürüb:

  • İranın Yaxın Şərqdəkki fəaliyyəti və ballistik raket proqramı müzakirə edilməyəcək.
  • Nüvə sazişindən çıxaraq 2231 saylı qərarı pozan ABŞ-a qarşı tədbir görüləcək.
  • ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanskiyalara qoşulmayacaqlar.
  • İrana neft ixracı və Avropa bankları ilə əlaqələr məsələsində zəmanət veriləcək.

Əks təqdirdə İran nüvə proqramına davam etmək haqqı əldə edəcək.

www.yenicag.az

2055
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv