İran NÜVƏNİ ZƏNGİNLƏŞDİRİR: “Kütləvi qırğın silahını..”

“Rusiya bir qədər təkan versə, İran nüvə dövlətinə çevriləcək”.

Bu sözləri İranın nüvə silahı əldə etmək ehtimallarını Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, İran nüvə silahını əldə etmək üzrədir:

“İran uranın saflaşdırılması sahəsində böyük məsafə qət edib. Bununla bağlı olaraq MAQATE, Avropa İttifaqı, ABŞ ilə aralarında çox ciddi konfliktlər oldu. İran söz vermişdi ki, uranın saflaşdırılmasını dayandıracaq. Ancaq İsraillə qarşıdurmadan sonra uranın saflaşdırılması prosesini daha da artırıb. Rusiya da digər yandan onu qızışdırır”.

“Çirkli nüvəni İranın hazırladığı iddia olunur. Nüvə silahının vacib komponentlərindən biri də ağır sudur. Bəzi mənbələr iddia edir ki, İran ağır suyu əldə edib. Bəziləri də iddia edir ki, Rusiya İrana bunu göndərəcək. İran kütləvi qırğın silahını əldə etməyə hazır görünür. Rusiya bir qədər təkan versə, məncə İran nüvə dövlətinə çevriləcək”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

COP29