İran OPEC+ görüşündən imtina etdi

İran OPEC+ ölkələrinin iyunun 23-də Vyanada keçiriləcək nazirlər səviyyəsində görüşündə iştirak etməyəcək.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Zənqane məlumat verib. O bildirib ki, OPEC-ə üzv ölkələrin nümayəndələrilə görüşəndən sonra öz ölkəsinə geri qayıdacaq.

Zanqane bir daha təkrarlayıb ki, OPEC və qeyri-OPEC çərçivəsində neft hasilatının artırılması barədə qərarın qəbul olunma ehtimalının tam əleyhinədir.

Qeyd edək ki, OPEC üzvləri neft hasilatının gündəlik 300-600 min barel artırılmasını müzakirə edirlər. Rusiya və Səudiyyə Ərəbistanı Venesuelada hasilatın azaldılmasını və ABŞ-ın sanksiyalarına görə İran neftinin bir qisminin bazardan çıxmaq ehtimalını kompensasiya etmək üçün gündəlik hasilatın 1,5 mln. barel artırmağa hazırdırlar. Tədarük həcminin artırılması əleyhinə Venesuela, İran, eləcə də İraq kimi bazarda pay itirə biləcək ölkələr çıxış edirlər.

COP29